"Bizim eqoist və narsistlərin yaratdığı münaqişələr mentalitetimizdə norma kimi dəyərləndirilir" - PSİXOLOQ AÇIQLADI
"Hörmət, sevgi, diqqət, qayğı kimi anlayışların və onlara zidd olan bütün məfhumların anlama və qəbuletmə tərzi ailədən gəlir. Çünki insanların nəinki ailə həyatında, ümumiyyətlə hər kəsin bir - birinə hörmət etməsi, düşüncələrini dinləməsi, anlaması tərbiyədir. Bu sevgi və ya ailə məcburiyyəti deyil". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Fatimə Bayramova deyib.

Fatimə Bayramova sözlərinə belə davam edib: "Bizim kimdənsə xoşumuz gəlməyə bilər, amma hörmət etməliyik. Çünki hörmət həmin insanın yox, hörmət edənin tərbiyə göstəricisidir.
İzahını qeyd etdiyim hörmət anlayışı fərqlidir. Amma biri də var ki, önəm vermir, onun üçün sənin varlığın dəyərsizdir, qayğılanmır, fikirlərini dinləsə də maraqlı deyil. Bu hal ya narsistlə, ya sevgisiz evlilikdə, ya da eqoist tipli insanla evli olduqda yaşanılır. Çox təəssüf ki, bizim eqoistlərin və narsistlərin yaratdığı münaqişlər mentalitetimizdə norma kimi dəyərləndirilir. Məsələn, qadın nələrdə sayılmadığını hiss edər? Həyat yoldaşı onun fikirlərini önəmsəmədikdə, empatiya qurmadıqda, onu anlamadıqda, öz istəklərini qadının istəklərindən üstün tutduqda, uşaqlara baxmaqda əziyyət çəkməyin qadına aid olduğunu bildirirək məsuliyyətdən qaçdıqda, səhv etdikdə üzr istəməyi özünə sığışdırmadıqda, onun maraqlarının hər kəsə uyğun olduğunu, "Hər kəs riayət etməlidir" nəzərindən yanaşması və s. Belə ailələr ətrafınızda nə qədərdir? Psixologiyada bu eqoizim və ya narsisizmin əlamətləri kimi dəyərləndirilsə də, Azərbaycan dilinə tərcümədə "Evin kişisi" kimi tərcümə edilir.
Ailənin ilkin şərti sevgi ilə yanaşı hörmətdir. Qarşılıqlı hörmət elə bir hissdir ki, insanın mənliyini, varlığını, dəyərini hiss etdirir və həmin şəxs sizinlə ünsiyyətdən qaçmır. Ailə qorunub saxlanılır, hətta ən güclü fırtınalara qarşı belə möhkəm dayanır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB