Boşanmaq üçün tərəflərdən biri onda olan sənədi vermirsə, nə etməliyik? - HÜQUQŞÜNAS AÇIQLADI
"Boşanmaq üçün tərəflərdən birinin nikah şəhadətnaməsi yoldaşındadırsa, burada heç bir problem yoxdur". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, bu halda onsuz da məhkəməyə müraicət edilə bilər: "Boşanmaq üçün məhkəməyə müraciət edən zaman da ərizədə yazılır ki, "Nikah şəhadətnaməsi məndə yoxdur". Bu, məsələnin həlli üçün birinci variantdır".
Əkrəm Həsənov sözlərinə belə davam edib: "İkinci variantda isə şəxs özü Ədliyyə Nazirliyinin Vətəndaş Qeydiyyatı idarəsinə müraciət edib arayış istəyə, yaxud dublikatını ala bilər. Yəni, nikah şəhadətnaməsinin tərəflərdən birində qalması boşanma üçün heç bir problem yaratmır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB