Məhərrəmlik ayında gözəllik salonlarının işi hansı durumdadır? - SORĞU
Gözəllik salonu qadınlar üçün spa, saç baxımı, makiyaj, dırnaq baxımı, lazer, dəriyə qulluq və başqa bir çox kosmetik prosedurlarla məşğul olan bir məkandır. Özünə baxımlı deyən xanımların əksəriyyətinin də ən çox sevdiyi məkan sırf buradır. Məlumdur ki, Məhərrəm ayında bir çox xanımlar bəzək-düzək prosedurlarından çəkinir. Bəs, bu ayda salonların müştəri bazası hansı yerdədir? Gözəllik salonlarına üz tutanların sayında artım, yoxsa azalma müşahidə olunur. SİA mövzu ilə bağlı salon işçiləri arasında sorğu edərək mövcud vəziyyətlə tanış olub.

"French Studio Baku" gözəllik salonunun sahibəsi, lazeroloq Sevinc Mamedova: "Mən düşünürəm ki, son aylarda gözəllik salonlarında müştəri bazasının azalması Məhərrəm ayı ilə yox, şəhərdə insanların istirahətə yollanması ilə bağlıdır. Yəni, çox adam tətilə gedib, ölkənin yarısı ya rayonda, ya da xaricdədir. Bu da təbii ki, bazara təsir edir.
Bunlarla yanaşı, həm də hava istidir və insanların əksəriyyəti çimərliyə axışır. Xanımlarımız "zaqar" aldığı üçün lazer proseduru etdirməkdən çəkinirlər. Çünki ölkədəki lazeroloqların yarısı səriştəli deyil və "zaqarlı" bədəni yandırırlar. Bu qorxu da xanımların canına düşüb. Bütün bu səbəbləri toplasaq, bəli, lazerə gələn xanımların sayında xeyli azalma müşahidə olunur.
Son olaraq bildirim ki, Məhərrəmlik ayı ən çox vizajistlərə təsir edir. Çünki bu vaxtlarda toy və əyləncə mərasimləri minimum səviyyədədir. Mən özüm də günortadan sonra salondan çıxıb evimə dönürəm. Saatlarla salonda oturub nə edim?
Əvvəl müştəri bazası az olduğu üçün işçiləri günahlandırırdım ki, "Yəqin müştəri ilə pis rəftar edirsiniz". Amma rayona yollandıqda gördüm ki, bütün Bakı buradadırsa, mən salondan nə gözləyim?! Çox şükür ki, başqa salonlarla müqayisədə bizdə müştəri bazası yenə də üstündür. Çünki daimi müştərilərimiz boldur".

Salon işçisi, vizajist Gülnar Əliyeva: "Təbii ki, digər aylarla müqayisədə Məhərrəm ayında müştəri bazası çox azalır. Çünki toylar və əksər əyləncə mərasimləri olmur. Bu da salonun işini zəiflədir. Bu ayda orta yaşı yaxımlar saçını boyatmağa və qaşını aldırmağa gəlmir. Lakin gənclər yenə də bütün prosedurlardan yararlanır.
Məhərrəm ayında müştəri cəlb etmək üçün bir çox prosedurlara endirim kampaniyaları olur. Məsələn, normalda 30 manata olan makiyaj Məhərrəm ayında 20 manat olur. Yəni, biz belə edirik. Təbii ki, hər kəsdə qiymət aralığı fərqlidir. Yaxud əvvəl saçı 10 manata düzləşdirirdiksə, indi bu qiymət 7 manatdır.
Ən çox endirim kampaniyası saç boyalarına olur. Çünki bu dönəmdə saç boyasına yazılan az olur.
Salon işçisi, dırnaq ustası Cavidə Eynullayeva: "Əvvəlki aylarla müqayisədə dırnağa yazılan müştərilərdə ciddi zəiflik müşahidə olunur. Toy olanda məlumdur ki, bütün xanımlar ilk olaraq dırnağını bəzəyir.
Məndə qiymətlər digər aylarla eynidir. Dırnaq elədir ki, qiymət aralığı 90 faiz standart olur. Amma ara-sıra gənc qızlarımız üçün endirimlər edirəm. Bir də yüksək məbləğdə olan işlərdə də müəyyən qədər endirim olur. Məsələn, iki rəfiqə olduqda, yaxud bir evdən üç nəfər gəldikdə bunlar nəzərə alınır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB