"Ümumiyyətlə? şəkər və duzdan imtina etmək belədir ki, rafinə olunmuşları istifadə etməyə bilərsiniz. Amma qəbul etdiyimiz tərəvəzlərdə və istənilən göyərtinin hər birinin tərkibində duz var". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, amma pəhriz zamanı dadlandırıcı olaraq rafinə olunmuşdan istifadə edəcəksinizsə, bu, birmənalı şəkildə yolverilməzdir: "Bununla yanaşı, Himalay duzu və Naxçıvan qaya duzu kimi daş şəklində duzlar var ki, bunlardan əzib yeməyə az miqdarda əlavə etməniz zərərli olmaz.
Şirniyyat istəyini isə günün birinci yarısında, xüsusilə də, səhər yeməyi zamanında xurma və banandan hazırlanan yulafdan istifadə etməklə yatışdıra bilərsiniz. Bunlar həm şirin, həm dadlıdır və həm də orqanizmdə parçalanıb getdiyi üçün heç bir zərəri də yoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB