“Dərman istehsalı böyük peşəkarlıq və məsuliyyət tələb edir“ - DEPUTAT DANIŞDI

“Dərman istehsalı böyük peşəkarlıq və məsuliyyət tələb edir“ - DEPUTAT DANIŞDI

“Keçdiyimiz gün cənab Prezident İlham Əliyevin iştirakı ilə dərman istehsalı zavodonun açılışı oldu. Düşünürəm ki, bu zavodun açılışı ölkənin iqtisadiyyatı və səhiyyə sisteminin inkişafında mühüm rol oynayacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu, həm də Azərbaycan iqtisadiyyatının sabitliyinin göstəricisidir: “Dərman istehsalı böyük peşəkarlıq və məsuliyyət tələb edir. Zavod həm də bu sahə üzrə ölkəmizdə kifayət qədər peşəkarların yetişmiş olduğunu göstərir. Bu zavod nəinki Azərbaycan gələcəkdə daha böyük areal üçün əhəmiyyət kəsb edəcək.

Son zamanlarda dərman tədarükü ilə bağlı çox sayda ziddiyyətli münasibətlərin olduğu bir zamanda bu zavodun açılması öz müsbət təsirini qiymətlərdə də göstərəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə