Fizioterapiyada daban mahmızının müalicəsi - FİZİOTERAPEVT DANIŞDI
“Daban mahmızı dayaq hərəkət aparatı pozğunluğudur. Xəstəliyin yaranma səbəbləri yastıayaqlıq, mübadilə pozğunluğu, artıq çəki, qamət əyriliyi və s. olur”.
Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.
Onun sözlərinə görə, xəstəlik qadınlarda kişilərdən daha sıx görülür: “Daban mahmızının əsas əlaməti ağrı sindromudur. Ağrı dabanda yaranan tikan (osteofitlər ) nahiyyəsində olan yumşaq toxumaları zədələyir və dabanda iltihabı proses yaranır və ayağın pəncəsinə kimi yayılır. Gərginlik, ağrı və iltihab plantar fassiadan da yan keçmir. Plantar fassia da prosesə qoşularaq plantar fassiit meydana gəlir. Vəziyyət daha da ağırlaşır. Xəstə yeriyərkən axsamağa başlayır. Xəstəlik rentgen müayinə ilə aşkarlanır, fizioterapevtik metodlarla müalicə olunur. Fizioterapiyanın üzərinə düşən vəzifə ağrını, iltihabı aradan qaldırmaq, yaranan osteofitlərin proqressivləşməsini önləmək və hətta ləğv etməkdir. Müasir fizioterapiya bu prosesləri ağrısız aparmağa icazə verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB