Azərbaycanlı həkim Avropa çempionatına təyinat alıb

Azərbaycanlı həkim Avropa çempionatına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb. SİA-nın məlumatına görə, o, oğlan və qızlar arasında keçiriləcək çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında iş başında olacaq.

Kazımova 17-20 avqustda Latviyanın paytaxtı Riqada baş tutacaq oyunlara CEV-in tibbi nümayəndəsi olaraq nəzarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə