Avqustun 16-sı saat 11 radələrində Daşkəsən rayonunun Güneykənd kənd sakini 1969-cu il təvəllüdlü Məmməd Əmrahovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı 2005-ci il təvəllüdlü Elnur Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə həmkəndlisi Məmməd Əmrahova xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elnur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB