Azərbaycanda dövlətə məxsus yeməkxana və yeraltı dayanacaq özəlləşdirilib

Azərbaycanda dövlətə məxsus yeməkxana və yeraltı dayanacaq özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 2kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 23 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu barədə SİA-ya Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, özəlləşdirilən əmlakların sırasında Oğuzda yerləşən “Şahdağ” yeməkxanası və Şəkidə yerləşən yeraltı dayanacaq da var.

Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, hərracda 1 700manat start qiyməti ilə təklif edilən “Hyundai Getz” markalı avtomobil 8 000 manata satılıb. İlkin qiyməti 4 000 manata olan “VAZ 21723” markalı avtomobil isə 7 900 manata özəlləşdirilib.

Hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 259 370 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 22 və 29 avqustda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə