“Dərman istehsalı zavodu olan “Diamed”in fəaliyyətə başlaması səhiyyə sektorunda çox mühüm bir addımdır. Bu həm dərman preparatlarının qiymətlərinin məqlub həddə gəlməsində, həm də digər yan sahələrin də inkişafından böyük rol oynayacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, əhalinin dərmana olan ehtiyacının ödənilməsi baxımından da zavodun açılışı olduqca əhəmiyyətlidir: “İcbari Tibbi Sığortanın tətbiqi ilə xəstəxanalarda dərman əhaliyə xidmətlər zərfi çərçivəsində pulsuz verilir.
Gələcəkd ambulator və digər müraciətlərdə dərman preparatlarının İcbari Tibbi Sığorta çərçivəsinə alınmasında mühüm rol oynayacaq. Beləliklə həm yeni iş yerlərinin açılması, həm səhiyyənin inkişafı, həm də bu sahə üzrə mütəxəssislərin yetişməsi baxımından inkişafını təmin edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB