“Şokolad 20 dərəcədən aşağı temperaturda saxlanılmalıdır“ - MÜTƏXƏSSİS DANIŞDI

“Şokolad 20 dərəcədən aşağı temperaturda saxlanılmalıdır“ - MÜTƏXƏSSİS DANIŞDI

“Əgər şokolad keyfiyyətli məhsullardan hazırlanıbsa, bu zaman saxlama müddəti daha uzun olur. Bu, tünd şokoladlarda 2 il, südlü şokoladlarda isə 1 il olur. Lakin ağ şokolad maksimum 4 ay saxlana bilər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, şokolad 20 dərəcədən aşağı temperaturda saxlanılmalıdır: “Əks təqdirdə şokolad əriyir. Bu zaman isə həm formasında, həm də tərkibində dəyişiklik olur. Təbii, keyfiyyətli şokolad əridikdə üzərində ağ təbəqə olursa, bu, içindəki yağın üstə çıxmasıdır və təzə olduqda yeyilə bilər. Amma bu gün satışda olan şokokadların əksəriyyətinin tərkibində az miqdarda kakao, daha çox bitki yağları və bir çox kimyəvi qatqı maddələri var. Bu şokoladlar əridikdə isə tərkibində kimyəvi reaksiyalar gedir və bu da insan orqanizmi üçün həddindən artıq zərərlidir. Hətta qida zəhərlənməsinə də səbəb ola bilər. Yaxşı olar ki, belə şokoladları 20 dərəcədən yüksək temperaturda saxladıqda əriyibsə, artıq istifadə edilməsin”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə