Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, avqustun 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB