"Hər kəs üçün gözəllik anlayışı fərqlidir və gözəllik anlayışı hər kəsin öz dünyagörüşünə, fəlsəfəsinə, dəyərinə görə dəyişir. Lakin xoşbəxt qadının yaratdığı gözəllik görünüşünün 95 faizi nəvaziş, diqqət və sevgidən gəlir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Fatimə Bayramova deyib.

Onun sözlərinə görə, istər atanın, istərsə də yoldaşın sevgisi və diqqəti qadının gözlərinə, davranışına yansıyır: "Çünki bu halda qadın həyat sevinci, məmnunluq hissi, yüksək əhvalda və stressdən uzaq olur.
Sevilən qadın öz dəyərini, özünə olan qiyməti bilir və bu sevgi ilk başda atadan gəlir. Ata qızını nəqədər çox sevərsə, uşaq özünəsevginin dəyərini anlar, patoloji sevgilərdən uzaq durar. Gənc olduqda artıq ona dəyər verən, diqqət göstərən sevgini, toksik münasibətlərdən ayırıb analiz edər".
Fatimə Bayramova sözlərinə belə davam edib: "Sevilən qadın nəinki xoşbəxt və gözəldir, həmçinin sağlamdır. Çünki sevgi və nəvaziş zamanı beyində neyromediatrların düzgün dövr etməsi dofamin və serotonin hormonlarını emal edir ki, bu da insanı stressdən, qəm kədərdən uzaq saxlayır. Sevgi dedikdə, yalnız absurd ifadələri nəzərdə tutmuram. Yetkin bir qadının ehtiyac duyduğu sevginin içində hörmət, anlayış, empatiya, dəstək durur. Ailənin nüvəsi qadındır. Qadın sevilərsə, xoşbəxt olarsa, ailənin bütün üzvlərinə bu müsbət aura ötürülər. Və qadın gülərsə, dünya gülər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB