"Həkim olsam da, hələ oğlumun yanına buraxmırlar" - NİCAT ŞAKİRLİNİN ATASI
"Nicat narkozdan ayılıb, hazırda reanimasiyadadır". SİA xəbər verir ki, bunu dünən axşam qəzaya düşərək ağır xəsarət alan bloger Nicat Şakirlinin atası Nafis Mütəllimov jurnalistlərə açıqlamasında deyib: "Həkim olsam da, reanimasiyada olduğu üçün hələ yanına buraxmırlar. Həkimlər bu gün də reanimasiyada qalacağını deyirlər. Qəza dünən dostu ilə aeroport yolundan şəhərə qayıdarkən baş verib. Hadisə nəticəsində Nicatın sağ dirsəyindən aşağı qolu amputasiya edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB