“Dinimiz orqanların satılmasına icazə vermir“ - QURUM RƏSMİSİ DANIŞDI

“Dinimiz orqanların satılmasına icazə vermir“ - QURUM RƏSMİSİ DANIŞDI

“Allah Tala bizləri yaradıb və bizə ruhani imkanlar verilib. Təbii ki, insanın yaradanı, xəlq edəni Allahdır. Bu gün din alimləri Peyğəmbər şəriətinə söykənərək, ölən bir insanın sağlam orqanlarının başqa birinə bağışlanmasını dinimizin qəbul etdiyini bildirirlər”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, can sahibi insan bunu ya sağlığında edə bilər, ya da öldükdən sonra onun vəsiyyəti ilə orqanları bağışlana bilər: “Sadəcə, insan özü bunu vəsiyyət etməlidir. Lakin belə bir vəsiyyət olmadıqda, ölən şəxsin vərəsələrindən mütləq halallıq alınmalıdır. Bu halallığın müqabilində artıq ölən şəxsin orqanı bağışlana bilər.

Lakin dinimiz orqanların satılmasına icazə vermir. Dünyada da bu cür hadisələr gizlin şəkildə də olsa baş verir və bu, günahdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə