Ağdamda sürətli bərpa-tikinti işlərinin getdiyini gördük

Ağdamda sürətli bərpa-tikinti işlərinin getdiyini gördük

Ağdama gələrkən yeni yolun tikintisinin şahidi olduq. Tikinti işləri sürətli şəkildə aparılır. Şəhərdə də bərpa-tikinti işlərinin getdiyini gördük. Bütün bunlar bizi ruhlandırdı.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ağdama səfər etmiş Türkiyənin “Haber Global” televiziya kanalının müxbiri Hamza Çifçi söyləyib.

Türkiyəli jurnalist Ağdam-Xankəndi yolu ilə bağlı deyib: “Yol mədəniyyətdir. Ancaq Ağdam-Xankəndi yolunun istifadəsi ilə bağlı bəzi əngəllərlə qarşılaşıldığını duyduq. Azərbaycan Qarabağdakı erməni vətəndaşlara daşınmaların bu yol vasitəsilə həyata keçirilməsini istəyir. Ümid edirik ki, Azərbaycanın bu xoş niyyəti müsbət qarşılanar və yol istifadəyə verilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə