Avqustun 15-18-də hava şəraiti dəyişəcək

Avqustun 15-18-də hava şəraiti dəyişəcək

Azərbaycanın rayonlarında avqustun 15-18-də əsasən gündüz saatlarında Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə