“Hazırda yay mövsümüdür və kəskin istilər bir neçə gündür davam edir. Belə havalarda günvurmadan əziyyət çəkənlər çoxalır. Günvurmadan həssas olan qrupa uşaqlar, immun sistemi aşağı olan şəxslər, yaşlılar və xroniki xəstəlikləri olan insanlar aiddir. Belə insanlar ilk növbədə mümkün qədər açıq günəş altında olmamalı və xüsusilə də saat 11:00-17:00 aralığında diqqətli olmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, bu cür kəskin istilərin hökm sürdüyü günlərdə həssas insanlara havaya çıxmamağı tövsiyyə edirik: “Çünki bəzi insanlarda günvurma yüngül və orta dərəcə də olsa belə, həssas insanlarda ağır dərəcə çatır və xoşagəlməz hallar ilə sonlanır.
Ümumi zəiflik, iştahsızlıq, baş ağrısı və zəif ürəkbulanma varsa, bu günvurmanın yüngül formasıdır və sərin bir yerə keçərək problemin qarşısını almaq olar. Ancaq günvurma daha ciddi şəkildə baş verdikdə əlamətləri huşunu itirmə, göz bəbəyinin genişlənməsi, ətrafda baş verənlərə reaksiya verə bilməmək və hərəkətlərdə nizamsızlıq kimi səciyyələnir. Hətta şiddətli günvurma zamanı bədən temperaturu 39-41 dərəcəyə qədər yüksəlir. Belə olan halda isə ciddi şəkildə tədbir görmək lazımdır və həkimə müraciət edilməlidir. Bundan əlavə sinə və alın nahiyəsi yaş dəsmal ilə bədən temperaturunu aşağı salmaq lazımdır.
Yay mövsümündə günvurmadan əziyyət çəkməmək üçün həm də düzgün geyim seçmək lazımdır. Sıx, dar olmayan, pampıq və katan geyimlərə üstünlük verilməlidir. Eyni zamanda açıq rəngli geyinmək və papaqdan istifadə tövsiyyə edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB