Bu ilin altı ayı ərzində Azərbaycanda doğulan körpələrdən 1 580-i əkiz, 75-i üçəm, 4-ü isə dördəm olub. Bu barədə SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53 918 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 10,7-yə düşüb.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB