Astara rayonunda pərakəndə ticarət dövriyyəsi artıb

Astara rayonunda pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyun aylarında Astarada pərakəndə ticarət şəbəkəsində istehlakçılara 111393,4 min manatlıq, o cümlədən 48593,2 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 62800,2 min manatlıq qeyri-ərzaq malları satılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Astara Rayon Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 15,3 faiz artmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 13,6 faiz azalmışdır

İstehlak məhsullarının dəyərinin hamısı qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 10,1 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3 faiz, fərdi sahibkarlar üzrə 3,4 faiz azalıb, bazar və yarmarkalarda isə 29,4 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə