Beşmərtəbə adlanan ərazidə içməli suyun verilişində məhdudiyyət yaranıb

Beşmərtəbə adlanan ərazidə içməli suyun verilişində məhdudiyyət yaranıb

Bakının Yasamal rayonu Beşmərtəbə adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyət yaranıb. SİA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "Azərsu" ASC-dən verilən məlumata görə, bu, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.

Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə