Yay fəsli daxil olandan 15 nəfər günvurma ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. SİA-nın məlumatına görə, onlardan 10-u kişi, 5-i qadın olub və xəstələrə lazımi tibbi yardım göstərilib.
Həmçinin 4 nəfər əqrəb sancması və 5 nəfər isə ilan sancması ilə xəstəxanaya müraciət ediblər.
Qeyd edək ki, sakinlərə günəş şüasının intensiv vaxtlarında, yəni 14:00-dan 16:00-dək gün altına çıxmamaları, yüngül geyimlərdən istifadə etmələri, bol meyvə tərəvəzlər, sərin şirələr və maye qəbul etmələri tövsiyə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə