İyulda Sumqayıtda 16 nəfəri günvurma ilə bağlı müraciət edib

İyulda Sumqayıtda 16 nəfəri günvurma ilə bağlı müraciət edib

İyulda günvurma və istivurma ilə bağlı 16 nəfər TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Sumqayıt ərazisindən 15, Novxanı kəndindən 1 müraciət daxil olub. Onlardan 6-sı uşaq olub. Xəstələrə lazımi tibbi yardım göstərilib.

Müraciət edən böyüklərdən 5 nəfəri Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Uşaqlardan biri Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına, digəri isə Novxanı bağlarındakı təcili yardım briqadası tərəfindən Bakı şəhər 2 saylı Uşaq xəstəxanasına hospitalizasiya edilib.

Son günlərdə isə 1 uşağın günvurması ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub, lazımi tibbi yardım göstərilib.

Şəhər əhalisinə məsləhət görülür ki, günəş şüasının intensiv vaxtlarında, yəni 14:00-dan 16:00-dək gün altına çıxmasınlar, yüngül geyimlərdən istifadə etsinlər, bol meyvə tərəvəzlər, sərin şirələr və maye qəbul etsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə