“Azərbaycan risklərin qarşısını kifayət qədər uğurla alır” - DEPUTAT DANIŞDI

“Azərbaycan risklərin qarşısını kifayət qədər uğurla alır” - DEPUTAT DANIŞDI

“Hazırda Covid-19 təhlükəsi narahatedici səviyyədə deyil. Bütün dünyada Covid-19 infeksiyasının yenidən yayılma halı çox azdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, bu virus artıq orqanizmimizin vərdiş etdiyi yuxarı tənəffüs yollarının infeksiyası şəklində cərəyan edir: “Bu baxımdan prosesin nəzarət altında olduğunu söyləmək olar. Təbii ki, bəzi risklər hələ də davam edir, diqqətli olmalıyıq. Buna görə də qarşıda mümkün ola biləcəklərin qarşısının alınması üçün gigiyenik qaydalara əməl edilməlidir. Bütün bunlarla yanaşı müəyyən ölkələrdə epidomoloji vəziyyətin bəzi hallarda nəzarətdən çıxmasını müşahidə edirik. Azərbaycan isə anti-epidemik tədbirlər nəticəsində ola biləcək risklərin qarşısını kifayət qədər uğurla alır”.

Bütün xəbərlər Facebook səhifəmizdə