Aliment alan şəxs sosial yardım ala bilər? - VƏKİL AÇIQLADI

Aliment alan şəxs sosial yardım ala bilər? - VƏKİL AÇIQLADI

“Məhkəmə qətnaməsinə əsasən, aliment alan şəxslərin təbii ki, sosial müavinət almaq hüquqları var”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının vətəndaşları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər: “Bu Qanunla aşağıdakı müavinətlər təyin edilə bilər:

- aylıq müavinətlər;

- dövlət qulluqçularına ömürlük müavinət;

- yaşa görə müavinət;

- əlilliyə görə müavinət;

- ailə başçısını itirməyə görə müavinət;

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;

- 3 yaşınadək uşağa qulluğa görə müavinət; müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;

- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;

- beşdən çox uşağı olan qadınlara müavinət;

- övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət;

- himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət.

Bu müavinətlərdən yalnız biri təyin edilə bilər. Şəxsin sosial müavinət almaq hüququnun olması hələ ona belə müavinətin təyin olunacağı anlamına gəlmir. Bunun üçün vətəndaş zəruri sənədlərlə müvafiq dövlət orqanlarına ( Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, “DOST” mərkəzləri) müraciət etməli, əgər onun yuxarıda sadalanan hər hansı bir müavinəti almaq üçün hüquqi əsas varsa, bu zaman ona sosial müavinət təyin edilə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə