"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər "Ulduz" stansiyasında düşürülüb. Bu barədə SİA-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb.
Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə qatar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB