“Şəhidlərimizin, qəhrəman övladlarımızın qanı bahasına bu gün biz Laçına sevinə-sevinə qayıdırıq”. SİA xəbər verir ki, bunu Laçın sakini Firuzə Həsənova deyib.
Firuzə Həsənova sözlərinə belə davam edib: “Azad olunmuş torpaqlarımızda qəhrəmanlarımızın izi, qanı var. Laçını tərk edən zaman 46 yaşım olub. Həmin vaxt oğlum səngərdə döyüşüb. İndi isə veterandır. Kədərliyik. Yaxınlarımızı itirmişik, qardaşlarım vətən həsrəti ilə dünyadan köçüblər, şəhidlər vermişik. Buna baxmayaraq, sevinirik. Çünki doğma yurda qayıdırıq.
Bütün Azərbaycan bizim ana torpağımız, vətənimizdir. Allah Prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Allah bir daha Azərbaycana müharibə göstərməsin".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB