“Allaha şükürlər olsun ki, öz torpaqlarımıza gedirik” - LAÇIN SAKİNİ

“Allaha şükürlər olsun ki, öz torpaqlarımıza gedirik” - LAÇIN SAKİNİ

“Bu gün qızım, böyük oğlum və mən Laçına gedirik. Doğma yurdumu yenidən görəcəyim üçün çox sevincli və həyəcanlıyam”. SİA xəbər verir ki, bu sözləri Laçına köçən şəhər sakini Əli Vəliyev söyləyib.

Əli Vəliyev sözlərinə belə davam edib: “Allaha şükürlər olsun ki, öz torpaqlarımıza gedirik. 30 ildən artıq müddətdən sonra öz yurduna qayıtmaq, orada yenidən yaşamağa başlamaq məni xoşbəxt edəcək.

Gənclərə tövsiyə edirəm ki, daim torpaqlarımızın keşiyində dursunlar, onu qorusunlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə