“Bu gün çoxdandır gözlədiyimiz xəyallarımız gerçəkləşir“ - LAÇIN SAKİNİ
“Otuz ildən artıq bir zamandır ki, torpaqlarımızdan uzaq düşmüşdük. Bu gün isə çoxdandır gözlədiyimiz xəyallarımız gerçəkləşir”. SİA xəbər verir ki, bu sözləri doğma yurduna qayıdan Laçın sakini Əbdül Cəfərov deyib.
Əbdül Cəfərov sözlərinə belə davam edib: “32 yaşım olanda Laçından çıxarılmışıq. Laçına qayıtmağın sevincini sözlə təsvir etmək olmur.
Bizim üçün yaradılan şəraitlə görə dövlətimizin başçısına, torpaqlarımızın azadlığı uğrunda əziyyət çəkən igidlərimizə təşəkkür edir, şəhidlərə rəhmət diləyirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB