"Çimərlikdən tutulan balıqları yemək məsləhət görülmür" - MÜTƏXƏSSİS AÇIQLADI

"Çimərlikdən tutulan balıqları yemək məsləhət görülmür" - MÜTƏXƏSSİS AÇIQLADI

"Krivetkalar suyu filterləyib içirlər. Balıqlarda isə bu belə deyil. Balıqlar suda tapdıqları ilə qidalanırlar". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, şəhərə yaxın ərazidə dəniz kənarında kanalizasiya sisteminin dənizə axması nəticəsində bağırsaq çöplərinin çox olması balıqların yeminə çevrilir: "Bu da balığın tərkibində olan bakteriya sayını çoxaldır. Bu balığı yeyən insan da zəhərlənir, yaxud hər hansı bir xəstəliklə üzləşir. Ona görə də çimərlikdən tutulan balıqları yemək məsləhət görülmür".

Ağa Salamov sözlərinə belə davam edib: "Dənizdə çimməyin faydası var, amma suyu udmamaq şərti ilə. Sahilə yaxın olan su çox zaman çirkli olur. Burada bağırsaq çöpləri var və insan orqanizmi üçün zərərsiz ötüşmür. Ona görə də dənizdə çimərkən suyun təmiz olduğu yerlərə üz tutsunlar. Təmiz su da daha çox qayalıq ərazilərdə olur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə