Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil”, “Şüvəlan”, “Mərdəkan”, “Şıx” sularda xilasetmə məntəqələrinin ərazisində, "Bilgəh", sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Sahil ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə