Bakıda “TİPx: Alqoritmdən kənar” konfransı keçiriləcək

Bakıda “TİPx: Alqoritmdən kənar” konfransı keçiriləcək

Avqustun 8-də Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə əməkdaşlığı ilə “TİPx: Alqoritmdən kənar” konfransı keçiriləcək. SİA xəbər verir ki, konfransın məqsədi "Technest" layihəsinin tələbələrinə yumşaq bacarıqların inkişaf etdirilməsinə dəstək olmaqdır.

Tədbirdə 4 spiker aşağıdakı mövzularda çıxış edəcək:

Mələk Kərimova - "Virtual körpülər: məsafədən effektiv ünsiyyət";

İsrafil Aşurlı - "Zivrə kodu 1.0";

Sevda Əliyeva - "Homo Digitalis. Meta-bacarıqlar";

İlham Ali Yusif - "Saat əqrəbi istiqamətində uğur".

Qeyd edək ki, tədbir "Technest" layihəsinin tələbə və məzunları üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə