Binəqədi şosesi -“Baksol” yolunda avtomobillərin hərəkəti bərpa edilib

Binəqədi şosesi -“Baksol” yolunda avtomobillərin hərəkəti bərpa edilib

Bakının Binəqədi rayonunda baş vermiş yanğınla bağlı Binəqədi şosesi -“Baksol” yolu istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Belə ki, bir qədər əvvəl yanğın hadisəsi səbəbindən Binəqədi şosesi-“Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.

Sürücülər alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etməklə hərəkət edirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə