Yaponiyanın “AJMEDIA News” portalı Azərbaycanın Malayziyadakı səfirliyinin konsulu-birinci katibi Elsevər Salmanovun “Humanitar yardım” hay küyü və ya işğal dövrünün rahatlığı axtarışında” sərlövhəli məqaləsini yayıb.
İngilis dilində yayılan məqalədə, yapon oxuculara Ermənistanın “humanitar yardım” manipulyasiyasının əsl mahiyyəti barədə ətraflı məlumat verilir.
Müəllif məqalədə son 3 ilə yaxın müddət ərzində iki ölkə arasında sülh istiqamətində davam edən prosesdə Ermənistan rəhbərliyinin və onun havadarlarının səmimiyyətsizliyindən söz açaraq, bu ölkənin sürətlə silahlanması; Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı şifahi bəyanatlarına baxmayaraq, Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində hələ də qanunsuz hərbi birləşmələrini saxlamaqda davam etməsi; danışıqlar prosesində hələ də başqa ölkələrin dəstəyi ilə vaxt qazanmağa çalışması; Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi kimi faktları diqqətə çatdırır.
Eyni zamanda, Ermənistan rəhbərliyinin “humanitar yardım” teatrı təşkil edərək, 26 iyul 2023-cü il tarixindən etibarən Azərbaycandan icazə almadan Laçın sərhəd-nəzarət məntəqəsinin qarşısında 19 yük avtomobilini saxlamaqla Azərbaycanı bütün dünyaya “humanitar ehtiyaclarına mane olan mənfi dövlət” kimi təqdim etməyə çalışması; Azərbaycanda saxlamaqda davam etdiyi qanunsuz silahlı birləşmələr məsələsi, Zəngəzur dəhlizi öhdəliyi və mina problemini ört-basdır etməyi, eləcə də daxili siyasətdə müxalifətin təzyiqini azaltmağı planlaşdırması diqqətə çatdırılır.
Məqalədə, beynəlxalq hüququn Ermənistan və onun havadarlarından işğal dövrünün “rahatlığını” unutmalarını tələb etdiyi də vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB