DOST İş Mərkəzi İsmayıllıda ictimai dinləmə keçirəcək

DOST İş Mərkəzi İsmayıllıda ictimai dinləmə keçirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən avqustun 9-da saat 11.00-da İsmayıllı rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ictimai dinləmə keçiriləcək. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə məşğulluq imkanlarının artırılmasında əhəmiyyətli rola malik olan ödənişli ictimai işlər - “İşsizin dostu” proqramı, proqramın fəaliyyət sahələri, bu işlərə cəlb olunma, müraciət qaydaları, DOST İş Mərkəzinin layihələri və sair barədə məlumatlar veriləcək.

Həmçinin iştirakçıların rəy və təklifləri dinləniləcək, sualları cavablandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə