FHN: Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

FHN: Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

Avqustun 3-də Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Zuğulba”, “Mərdəkan” və “Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4-ü uşaq olmaqla 6 nəfər xilas olunub”, - məlumatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə