"Sosial evlər" əmlak bazarına necə təsir edir? - EKSPERT AYDINLIQ GƏTİRDİ
“Mənzil İnşaatı Dövlət Agentliyinin satışa çıxardığı evlər sosial ehtiyacları ödəmək üçün onlar minimum qiymətə təklif olunur. Ona görə ki onlar dövlət torpaqlarında inşa olunur”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib.
Onun sözlərinə görə, dövlət “sosial evlər”i minimum yəni maya dəyərinə başa gələn qiymətlə satır: “Bu, əhalinin ehtiyaclarını ödəmək məqsədi daşıyır. Həmin “sosial evlər”in həcmi bir o qədər çox olmadığına görə daşınmaz əmlak bazarına ümumiyyətlə təsirləri olmur. Eyni zamanda, həmin mənzillər vaxtaşırı, yəni ildə bir və ya iki dəfə satışa çıxarılır. MİDA-nın satışa çıxardığı bu evlər çox qısa bir müddətdə ərsəyə gəlir. Qısa zamanda da bu kimi yollarla satıldığı üçün sadəcə satışa çıxarıldığı müddət ərzində əmlak bazarına cüzi təsiri ola bilər. Eləcə də fərdi olaraq həmin yaşayış komleksində mənzil almaq istəyən vətəndaşlara qismən təsir göstərə bilər”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB