Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri üçün təlim keçirilib - FOTO
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri üçün tətbiqlərin təhlükəsizliyinə dair təlim təşkil olunub. Mərkəzdən SİA-ya bildirilib ki, “Cyberpoint” şirkəti tərəfindən keçirilən “Application security with real-world examples” mövzusunda təlimdə iştirakçılara kibertəhlükəsizlik, tətbiqlərin təhlükəsizliyi, təhlükəsizlik tətbiqləri barədə ətraflı məlumat verilib. Təlim “Cyberpoint” şirkətinin informasiya təhlükəsizliyi üzrə baş mütəxəssisi Aydın Qurbanlı tərəfindən keçirilib.
Təlimçi Mərkəzin tələbələri üçün öz təcrübələrini bölüşüb və onların suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB