Dənizdə batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

Dənizdə batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil”, “Astara”, “Qızılqum” sularda xilasetmə məntəqəsinin ərazisində, “Şirvan”, “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Buzovna ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə