"Mütərəqqi insanlar bunu kəskin şəkildə qınamalıdır" - QURUM RƏSMİSİ MÜNASİBƏT BİLDİRDİ
“Mən Qurani-Kərimin yandırılması məsələsini orta əsrlərlə müqayisə edirəm. Bildiyiniz kimi, orta əsrlərdə xüsusilə Qərbdə din adamları fikir azadlığına qarşı bu cür addımlar atıblar”. Bu sözləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılov deyib.
Qurum rəsmisinin sözlərinə görə, filosofların, fikir azadlığını müdafiə edən insanlara qarşı yazılmış əsərlərin, o insanların fikirlərini ehtiva edən kitabların yandırılmasına fətva veriblər: “Çox təəssüf ki, bugünkü gündə bunun əksini görürük. Fikir azadlığını müdafiə edən insanlar müqəddəs kitabın yandırılmasını həyata keçirirlər. Təbii ki, bu mənfi haldır. Bu cür addımlar orta əsr zehniyyətinin hələ də davam etdiyini göstərir. Mütərəqqi insanlar bunu kəskin şəkildə qınamalıdır. Düşünürəm ki, müxtəlif dinlərə mənsub insanlar, öndə gedən din xadimləri, qabaqcıl ilahiyyatçılar Qurani-Kərimin yandırılması hallarına qarşı daha konkret qınaq ortaya qoymalıdır”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB