Elektron siqaretlər dəb aksesuarı, yoxsa təhlükə? - QURUM RƏSMİSİ DANIŞDI

Elektron siqaretlər dəb aksesuarı, yoxsa təhlükə? - QURUM RƏSMİSİ DANIŞDI

“Azad İstehlakçılar Birliyi olaraq hər dörd ildən bir dünyanın müxtəlif yerlərində toplaşırıq və istehlakçı hüquqlarına dair qlobal məsələləri müzakirə edirik. Elektron siqaretlər istehlakçı hüquqlarını qoruyan təşkilatların nəzərində tütündən az zərərli olmayan bir məhsuldur. Bu, nə elektron mal, nə də tütündür”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, əgər elektron əşya olsa, onu elektron məhsullara nəzarət edən dövlət orqanları yoxlayar: “Tütün də deyil ki, onun aksiz markası olsun. Ona görə də elektron siqaretlər qanunvericilikdəki boşluqlardan istifadə edərək bütün dünyaya yayılır. Azərbaycanda isə bu elektron siqaretlər təxminən 20 ildir ki, istifadə olunmaqdadır. Elektron siqaretlər birmənalı şəkildə insan orqanizminə tütün qədər zərərlidir. Təəssüf ki, bunun qarşısını almaq üçün ciddi təşəbbüslər çox azdır”.

Sədr sözlərinə davam edərək bildirib ki, elektron siqaretlərlə yanaşı guya siqareti tərgitmək üçün istifadə olunan başqa cihaz da var: “Bunların hər biri birbaşa ağciyəri sıradan çıxaran amillərdir. İstifadə zamanı yüksək temperatura əmələ gəlir. Yüksək temperaturda isə istənilən kimyəvi maddəllər fəallaşır və insanın ağciyərini məhv edir. Bu cihazların hansı ciddi xəstəliklər əmələ gətirdiyi hələ kifayət qədər tədqiq olunmayıb. Tütün və tütün məmulatları haqqında qanunda nə varsa, hər biri elektron siqaretlərə və siqareti tərgitmək üçün istifadə olunan başqa cihazlara, o cümlədən, qəlyanlara tətbiq olunmalıdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə