Laçında məskunlaşan ailələrin sayı 180-ə çatıb

Laçında məskunlaşan ailələrin sayı 180-ə çatıb

Azad Laçın doğma sakinlərini qarşılamağa davam edir. Bu gün Laçına çatan növbəti 12 ailə öz evinin açarlarını sevinclə təhvil alıb. Bununla da Laçında 180 ailə məskunlaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan növbəti 12 ailə öz evinin açarlarını təhvil alıb.

Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara açarların təqdim etmə mərasimi olub. Yenidən öz evində məskunlaşacaq ailələr sevinc hissi ilə açarları təhvil alıb. Daha sonra onlar evlərində məskunlaşıblar. Bununla da, Laçın şəhərində 180 ailə, yəni 700 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmaları üçün bütün şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə