Sosial xidmət müəssisələrində 6 ayda 2500-dən çox şəxsə xidmət göstərilib
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 13 sosial xidmət müəssisəsində bu ilin ilk 6 ayında həssas əhali qruplarından olan 2 min 539 şəxsə sosial xidmət göstərilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu dövrdə həmin şəxslərə agentliyin müəssisələrində sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və digər stasionar xidmətlər göstərilib.
Həmçinin hazırda Agentlik tərəfindən 3 min 875 şəxsə evdə (səyyar) sosial-məişət xidməti göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB