Küləkli hava səbəbindən bir neçə kəndin elektrik enerjisi dayandırılıb

Küləkli hava səbəbindən bir neçə kəndin elektrik enerjisi dayandırılıb

Goranboy rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. SİA-nın Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən Goranboy rayonunun Boluslu, Məşədiqaralar, Eyvazlılar və yaxın kəndlərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Güclü külək səbəbindən Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində sürücülərin avtomobillərini idarəetməsi qismən çətinləşib.

Hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı aidiyyəti qurumlar və idarələr tərəfindən araşdırılır.

Qeyd edək ki, küləkli hava şəraiti Gəncə şəhərində və yaxın rayonlarda da müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə