"Son zamanlarda Azərbaycanda və dünyada havanın temperaturu kəskin şəkildə artıb. Hazırda bütün dünya qlobal istiləşmə ilə üz-üzədir. Qlobal istiləşmə nəticəsində həyat düzəni pozulur". Bunun Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova SİA-ya açıqlamasında deyib.
"Qlobal istiləşmənin yaratdığı fəsadlardan biri də meşə yanğınlarıdır. Meşələr Yer kürəsinin ağ ciyərləri hesab edilir, meşələrdəki ağac örtüyü havadakı karbon qazını oksigenə çevirir və meşə yanğını zamanı karbon qazının oksigenə çevrilməsi prosesi dayanır. Meşə yanğınları ətraf mühitə və biomüxtəlifliyə çox ciddi zərər verir. Belə ki, yanğın zamanı ağaclar və kolların cücərtiləri məhv olur. Hündürboy ağacların gövdələri və budaqları qovrulduğu üçün inkişafdan dayanaraq məhv olur. Meşədə yeraltı və yer üstündə yaşayan bütün canlılar – heyvanlar, böcəklər, çiçəklər, kollar tələf olur. Ümumiyyətlə, meşələr sənayenin inkişafı nəticəsində havaya atılan tullantı qazların təmizlənməsində də süzgəc rolu oynayır. Meşə yanğınları zamanı təkcə meşə məhv olmur, meşə ətrafında yerləşən yaşayış məntəqələri və orada yaşayan insanlara da zərər dəyir. Eyni zamanda, ətrafdakı əkin sahələri – taxıl zəmiləri, meyvə, tərəvəz əkilən sahələr və digər kənd təsərrüfatı məhsulları da zərər görür. Taxıl zəmilərində məhsul yığımından sonra torpağın canlanması üçün həmin zəmilərin yandırılması prosesi gedir və bu da çox yanlış addımdır. Çünki bu da meşə yanğınlarına səbəb ola bilər. Təbiətdə baş verə biləcək problemlərin həllində maarifləndirilməyə xüsusilə diqqət etmək lazımdır. Xüsusən də bu yay mövsümündə özəlliklə diqqətli olmaq lazımdır. İnsanlar nə qədər çox maarifləndirilsə, meşə yanğınlarının qarşısı o qədər çox alınar. Məsələn, meşələrə söndürülməmiş siqaret kötüklərini atmaq olmaz, pikniklərdə ocaq qaladıqda ocağı yanılı qoyub getmək olmaz və s. kimi təhlükəsizlik qaydalarına əməl edilməlidir", - Q. Yusubova qeyd edib.
QHT sədri dünyadakı meşə yanğınlarından və fəsadlarından da bəhs edib: "Meşə yanğınları əsasən, kortəbii şəkildə yayılan yanğınlara deyilir. Meşə yanğınlarının da baş verməsi təbiətə, təbii sərvətlərə, ətraf mühitə çox böyük ziyan vurur. Dünya ölkələrinə nəzər salsaq bu gün dünya üzrə meşə örtüyünü sahəsi 4 milyard hektar təşkil edir ki, bunun da əsas hissəsi böyük ölkələrin – Rusiya Federasiyasının, Braziliyanın, Kanadanın, ABŞ-nin və Türkiyənin payına düşür. Meşə yanğınları da elə ən çox bu ölkələrdə daha çox baş verir. Bu yaxınlarda qonşu Türkiyədə Manisa və Kütahyada da meşə yanğınları baş verib. Son 10 ildə dünyada təxminən 82 milyon hektar meşə sahəsi yanıb. Bu isə çox böyük rəqəmdir və bu rəqəmlər ətraf mühitə, təbiətə dəyən ziyanın böyüklüyündən xəbər verir. Son 10 ildə dünyada ən böyük müşə yanğını Avstraliyada olub. 2019-cu ilin payızında başlayan yanğın təxminən 6 ay davam edib, bu geniş miqyaslı yanğın nəticəsində 479 nəfər həyatını itirib, 100-lərlə insan evsiz qalıb. Bu 6 ay Avstraliya tarixində “qara yay” kimi yazılıb və bu yanğınlarda 24 milyon hektardan çox ərazi məhv olub. Bu ilin may ayında başlayıb hələ də davam edən Kanadadakı meşə yanğınları nəticəsində 10 milyon hektardan çox ərazi zərər görüb.
Dünyada meşə örtüyünün azalmasına yanğından başqa faktorlar da təsir göstərir. Məlumdur ki, dünya əhalisi çox sürətlə artır və bu da meşələrin azalmasına səbəb olur. Belə ki, insanlar artdıqca yaşıllıqlar, meşə sahələri kənd təsərrüfatı ehtiyacı, ticarət, yanacaq və digər məqsədlər üçün qırılır. Meşələrin bu cür kütləvi şəkildə qırılması və istismarı da istixana effekti yaradır. Meşələr də dünyanın ağ ciyərləri olduğu üçün istilik effekti yaradan tullantı qazları atmosferdə artır, karbon qazısının oksigenə çevrilməsi prosesi ləngiyir. Bütün bunlar da qlobal istiləşmənin müxtəlif şəkildə təzahürlərini ortaya çıxarır, havanın temperaturu getdikcə artır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB