"Aşura ilə bağlı qanvermə aksiyasının ilk dəfə Azərbaycanda şahidi oldum" - Ayman Matsyek
"Mənim üçün Azərbaycanda olmaq və Azərbaycan xalqı üçün qan vermək böyük şərəfdir". SİA xəbər verir ki, bu sözləri qanvermə aksiyası zamanı Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti Ayman Matsyek deyib.
"Etiraf etməliyəm ki, ilk dəfə burada Aşura günü münasibətilə qanvermə mərasiminin şahidi oluram. Bu, Azərbaycan hökumətinin təqdirəlayiq addımıdır. Qan vermək sağlamlıq üçün də faydalıdır. Mən Azərbaycandakı bacı-qardaşlarım üçün də qan verirəm.
Artıq bir həftədir ki, ailəmlə birgə Azərbaycandayam. Azərbaycanın bir hissəsi olmuşam. Allahın bir lütfüdür ki, mən Aşurada qan verirəm"-, deyə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB