Avtomobillərin utilizasiyası üzrə operator müəyyənləşib

Avtomobillərin utilizasiyası üzrə operator müəyyənləşib

"Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə yeni səlahiyyət verilib.

SİA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanda əksini tapıb.

Fərmana əsasən, "Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə