DSMF-da I yarımilin yekunlarına dair mətbuat konfransı keçirilib - YENİLƏNİB
Dövlət Sosial Müdafiə Fondunda I yarımilin yekunları, yeniliklər və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2023-cü ilin I yarımilində həyata keçirilən sosial islahatlar barədə məlumat verib.
Qeyd edilib ki, bu ilin əvvəlində reallaşdırılan 4-cü sosial islahat paketi 1,9 mln. nəfəri əhatə edib və bu islahatın illik əlavə maliyyə tutumu 750 mln. manat vəsait təşkil edir. İslahat çərçivəsində minimum əməkhaqqı 15% artırılaraq 345 manata çatdırılıb. Vahid tarif cədvəli üzrə işləyənlərin və bir sıra təşkilatlarda çalışanlarının əmək haqları 15% artırılıb. Bu istiqamət üzrə illik əlavə 440 milyon manat vəsaitin xərclənəcəyi vurğulanıb.
Bildirilib ki, 2023-cü ilin I yarımilində sosial ödənişlərdə də artım olub. Artımlar ümumilikdə 810 min nəfəri əhatə edib. Əlavə vəsaitin illik həcmi isə 310 mln. manat təşkil edib. Fevral ayından minimum pensiya 16,7% artırılaraq 280 manata, ilin əvvəlindən isə orta aylıq pensiya 16,4 faiz artırılaraq 433,3 manata, o cümlədən yaşa görə pensiya 16,4 faiz artırılaraq 466,1 manata çatdırılıb. Bundan başqa, 24 növ sosial ödənişlərin məbləğlərində orta hesabla 22%-lik artım olub.
Qeyd olunub ki, son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunub. Bu islahatlara 6,8 milyard manat əlavə dövlət vəsaiti cəlb edilib. Minimum əməkhaqqı 2,7 dəfə artaraq 130 manatdan – 345 manata çatdıb. Orta aylıq əməkhaqqı 70%, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,5 dəfə, əmək müqavilələrinin sayında isə 35 faiz artım qeydə alınıb. Minimum pensiya 2,5 dəfə artaraq 110 manatdan - 280 manata, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği isə 2,5 dəfə artırılıb.
Eyni zamanda bildirilib ki, 10-dan çox yeni sosial ödəniş növü-sosial müavinət və Prezident təqaüdü təsis olunaraq sosial DSMF-nin gəlirlərində artım tempinin 2023-cü ilin I yarımilində də davam etdiyi vurğulanıb. Bildirilib ki, DSMF-nin 2023-cü ilin I yarımilində gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 465 mln. manat və ya 16,6 faiz çox olmaqla 3271 mln. manat təşkil edib. Həmin gəlirlərin 2531 mln. manatı məcburi dövlət sosial sığorta daxilolmaları olub ki, bu da 2022-ci ilin I yarımili ilə müqayisədə H.Məmişov DSMF-nin bu ilin I yarımilindəki xərclərini də diqqətə çatdırıb. Qeyd edib ki, Fondun cari ilin 6 ayındakı xərcləri ötən ilə nisbətən 16,2 faiz və ya 418 mln. manat artaraq 3009 mln. manat olub. Xərclərin 2919 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz və ya 413 mln. manat çoxdur.
Sonra investisiya fəaliyyətinin təşkili, investisiya qaydası, investisiya siyasəti və görülən işlər barədə məlumat verilib. Beynəlxalq əməkdaşlıq sahəsində bir sıra uğurlara imza atıldığıını qeyd edən H.Məmişov bu ilin I yarımilində DSMF-nin 6 beynəlxalq mükafata layiq görüldüyünü bildirib. Əlavə olaraq da, cari ilin birinci yarımilliyində Fond tərəfindən ümumilikdə 331 010 vətəndaşın qəbul edildiyini vurğulayıb.
DSMF-nin fəaliyyət sahələrində aparılan islahatlar, onların nəticələri barədə məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB