"Cari ildə minimum əməkhaqqı 2,7 dəfə artıb" - Himalay Məmişov

"Cari ildə minimum əməkhaqqı 2,7 dəfə artıb" - Himalay Məmişov

"Son beş ildə 4 milyon nəfəri əhatə edən dörd sosial islahat paketi icra olunub. Bu islahatlara 6,8 milyard manat əlavə dövlət vəsaiti cəlb edilib". SİA xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov cari ilin I yarımilliyində görülmüş işlərə dair mətbuat konfransında deyib.

O bildirib ki, minimum əməkhaqqı 2,7 dəfə artaraq 130 manatdan - 345 manata çatıb. Orta aylıq əməkhaqqı 70%, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,5 dəfə, əmək müqavilələrinin sayında isə 35% artım qeydə alınıb. Minimum pensiya 2,5 dəfə artaraq 110 manatdan 280 manata, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği isə 2,5 dəfə artırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə