"Bu il fondun gəliri 3270,7 milyon manat olub" - DSMF SƏDRİ BİLDİRİB

"Bu il fondun gəliri 3270,7 milyon manat olub" - DSMF SƏDRİ BİLDİRİB

"Hesabat dövründə fondun qarşısına qoyulmuş bütün öhdəliklərin vaxtında icrası təmin edilmiş və müvafiq tədbirlər görülmüşdür". SİA xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov cari ilin I yarımilliyində görülmüş işlərə dair mətbuat konfransında deyib.

"Hesabat dövründə fondun gəlirləri 3270,7 milyon manat həcmində olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6% daha çoxdur. Gəlirlərin 77,4%-i Məcburi Dövlət Sosial Sığorta Haqlarından daxil olanların payına düşür. Hesabat dövründə bu daxil olmalar 2531,1 milypn manat həcmində olub. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 13,8% daha çoxdur"-, deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə